Tez-tez verilən suallar
Bu platforma nə üçündür?
BDU Konspekt Bankı Bakı Dövlət Universiteti tələbələrinin mühazirə, konspekt və digər tədris materiallarını bir-biri ilə paylaşması üçün yaradılmış könüllü platformadır.
Buraya kim material yükləyə bilər?
İstənilən BDU tələbəsi və ya məzunu öz qeydlərini yükləyə bilər.
Yüklənən materiallar yoxlanılır?
Bəli. Hər bir material əvvəlcə admin tərəfindən yoxlanılır, uyğun olduqda dərc edilir.
Hansı formatlarda fayl yükləmək olar?
Aşağıdakı formatlar qəbul olunur:
- 📝 Word (.doc, .docx)
- 📊 Excel (.xls, .xlsx)
- 📽 PowerPoint (.ppt, .pptx)
- 🖼 Şəkil (JPG, PNG)
- 📁 Digər sənəd formatları
Materiallara görə pul ödənilir?
Xeyr. Platforma tamamilə pulsuzdur həm yükləmək, həm də əldə etmək.
Müəllif hüquqları necə qorunur?
Yüklənən hər materialda müəllifin adı göstərilir. Razılıq olmadan materialın kommersiya məqsədi ilə istifadəsi qadağandır.
Problemlə qarşılaşsam, kimə müraciət edə bilərəm?
Əlaqə səhifəsindəki e-mail ünvanına yaza bilərsiniz.